EN

Buz səbəbindən bu yollarda sıxlıq var

Şaxtalı hava şəraiti ilə əlaqədar Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, aşağıdakı yollarda sıxlıq müşahidə olnur:

Hazırda yollardakı vəziyyət:

1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

4. Heydər Əliyev prospekti, köməkçi yol, “Koroğlu” m/st istiqamətində;

5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Chosen
22
49
qafqazinfo.az

10Sources