EN

Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti AÇIQLANDI

Xocalıda minaya düşən Qarabağ müharibəsi iştirakçısı Nağı İmanovun vəziyyəti hazırda yaxşıdır.

Redaktor.az xəbər verir ki, bunu “Report”a Qarabağ bürosuna açıqlamasında zərərçəkənin qardaşı Siyavuş İmanov deyib.

Onun sözlərinə görə, Bərdə Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam edən N.İmanovun yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması gözlənilir.

S.İmanov hadisəsinin necə baş verdiyi haqda danışıb:

“Bir neçə gün öncə Nağı yaxınlarının şəhid olduğu ərazilərə getmək qərarına gəlib. Məqsədi atam və qardaşımın şəkillərini xatirə lövhəsinin üzərinə vurmaq və gələcək üçün xatirə saxlamaq idi. Həmin gün hava qarlı olduğundan getdiyi yolu səhv salıb, nəticədə minaya düşüb”.

Xatırladaq ki, fevralın 21-də Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu Xocalı rayonunun Ulubaba kəndi ərazisində minaya düşüb. Onun sağ aşağı ətrafı, baldır nahiyəsinin aşağı hissəsinin 1/3-nin amputasiya olunub.

Qeyd edək ki, Nağı İmanov Ağdərənin Sırxavənd kəndindəndir. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb.

Chosen
111
8
redaktor.az

10Sources