EN

"Xocalı" gəmisi 30 min ton kükürdü Meksikaya çatdırıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) "Handysize" tipli "Xocalı" quru yük gəmisi ABŞ-nin Kaliforniya ştatının Lonq-Biç limanından götürdüyü 30 min ton kükürd yükünü Meksikanın Santa Rosalia limanına çatdırıb.

Finss.az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Məlumata görə, yük limanda boşaldıldıqdan sonra gəmiyə ballast suyu vurulub və o, növbəti yükünü götürmək üçün ABŞ-nin Portland limanına istiqamətlənib.

Qeyd edək ki, bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının genişləndirilməsi məqsədilə 2024-cü ilin mayında istismara verilib.

Fuad Mədətov
Finss.az

Chosen
49
9
fins.az

10Sources