EN

AAYDA: Yollar qardan təmizlənib, buzlaşmaya qarşı tədbirlər görülüb

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq yollar nəzarətdə saxlanılıb, qardan təmizlənib və buzlaşmaya qarşı tədbirlər görülüb.

Bu barədə AzNews.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Agentlik gücləndirilmiş iş rejimində çalışmağa davam edib.

“Quruma məxsus qar təmizləyən və duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə gecə boyu və səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub”, - deyə məlumatda bildirilib.

Chosen
78
26
aznews.az

10Sources