Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, iş üzrə məhkəmənin hazırlıq iclası martın 5-nə təyin olunub.
Cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Babək Pənahovun icraatındadır.
Qeyd edək ki, hərbi ekspertə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittiham xitam olunub.
Onun işi yalnız Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.
Ədalət Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.