Tovuz rayonunun Əlimərdanlı kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.