EN

FHN-dən Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair MÜRACİƏT (VİDEO)

Bakı. Trend:

Bu gündən xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadanNovruz bayramı ilə əlaqədar çərşənbə axşamlarını qeyd etməyəbaşlayır. Bu münasibətlə keçirilən mərasimlərdə, o cümlədən tonqalqalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmamasıisə arzuolunmaz və acı nəticələrə yol aça bilər.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin əhaliyəmüraciətində bildirilib.

"Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyəmüraciət edərək, Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkilivə keçirilməsi zamanı aşağıdakı yanğın təhlükəsizliyi qaydalarınariayət etməyə çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digəryanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərinnəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqalyandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadəqadağandır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!",- müraciətdə qeyd edilib.

Məqalədə:
Chosen
93
36
az.trend.az

10Sources