Cənubi Koreyada faciəvi qəza olub.
Tikintisi davam edən magistral körpünün uçması nəticəsində 3 işçi ölüb, 5 işçi yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, insident yerli vaxtla saat 09.50 radələrində Seuldan təxminən 80 kilometr cənubda, Çeonan şəhəri yaxınlığında baş verib. Seul-Sejonq ekspress yolunda tikilməkdə olan körpü 50 metr hündürlüyündə 5 daşıyıcı tirin uçması nəticəsində çöküb.
Hadisə zamanı tikintidə olan 8 fəhlə uçan körpünün altında qalarkən, əraziyə çoxlu axtarış-xilasetmə və tibbi qruplar göndərilib. Araşdırmalar zamanı 3 işçinin həyatını itirdiyi, 5 işçinin isə yaralandığı müəyyən edilib. Qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.