EN

Quş qripi qeydə alınmış bölgədən quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Hindistan Respublikasının Madhya-Pradeş bölgəsində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Madhya-Pradeş bölgəsində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quaruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət edilib.


Chosen
49
21
ekologiya.az

10Sources