EN

Kreml ABŞ-ın mövqeyindən razıdır

Moskva hesab edir ki, Vaşinqton hazırda Ukraynadakı müharibə ilə bağlı Avropa ölkələrindən daha balanslı mövqe nümayiş etdirir.

 

Oxu24.com xəbər verir  ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Onun sözlərinə görə, bu, Vaşinqtonun münaqişəni həll etmək istəyini nümayiş etdirir.

 

Peskov qeyd edib ki, Brüsseldən verilən açıqlamalar “hələ tarazlığı göstərmir”.

“Lakin ola bilsin ki, avropalılar və amerikalılar arasında təmaslardan sonra Avropada daha böyük tarazlığa doğru tendensiya yaranacaq”, - Rusiya prezidentinin mətbuat katibi ümid edir.

 

Bundan əlavə, Peskov jurnalistlərin Rusiya lideri Vladimir Putinin amerikalılara nadir torpaq metalları üzrə əməkdaşlıq təklif edərkən onlara güvənib-güvənməməsi ilə bağlı sualını cavablandırarkən deyib: “Biz özümüzə güvənirik. Amerikalılara güvəndiyimizi söyləmək üçün uzun bir yol getməliyik. Qarşılıqlı etimadın bərpası və möhkəmləndirilməsi üçün tədbirlər hazırlamaq lazım gələcək... Son 4 ildə çox ziyan dəyib, çox şey dağıdılıb. Bunu bir gecədə bərpa etmək mümkün deyil. Qarşıda çox iş var”.

 

Nigar

 

Chosen
187
3
oxu24.com

8Sources