EN

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

Şagirdlərin

Bu gündən 2024/2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi başlayıb.

Reyting.az
xəbər verir ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I-X sinifləri əhatə edəcək.

Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

Eyni zamanda bu gündən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.
Chosen
72
49
reyting.az

10Sources