EN

Kristiano Ronaldo 2024-cü ilin ən ödənişli idmançısıdır

Portuqaliya millisinin və “Əl-Nəsr”in ulduz hücumçusu Kristiano Ronaldo geridə qalmış 2024-cü ilin ən ödənəişli idmançısıdır.

Arena.az bu barədə “Sky Sports” dərgisinə istinadən məlumat verir.

40 yaşlı veteran futbolçu ötən il ərzində 248 milyon avro məbləğində qazanc əldə edə bilib.

Siyahının ikinci pilləsində “Qolden Steyt”in basketbolçusu Stefen Karri qərarlaşıb. Karri 2024-cü ildə 146 milyon avo məbləğində qazanc götürüb.

İlk üçlükdə boksçu Tayson Fyuri yer alıb. Fyuri ötən il 140 milyon avo məbləğində gəlir götürüb.

“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi isə dördüncüdür. “Leo” ötən il ərzində büdcəsini 129 milyon avro məbləğində artırıb.

İlk beşliyi “Los Anceles Leykers”in basketbolçusu Lebron Ceyms qapayır. Ceymsin ötən ilki qazancı 127 milyon avro məbləğində olub.

Chosen
141
arena.az

1Sources