Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Sosial Müdafiə Fondu respublika üzrə fevral ayının pensiyaödənişini yekunlaşdırıb.
Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.
Bildirilib ki, fevralın 11-də Bakı və Sumqayıt şəhərlərində,Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayanşəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlətəyin edilmiş pensiyalar ödənilib.
Qeyd edilib ki, 1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növpensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılıb,habelə fevralın 1-dən minimum pensiya artırılaraq 280 manatdan 320manata çatdırılıb.
Fevral ayının pensiyaları yeni artımlarla birgə ödənilib,həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı da fevral ayınınpensiyasına əlavə olunub.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiqbankların bankomatlarından əldə edə bilərlər.