İran Prezidenti Məsud Pezeşkian Tehranda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Lavrov bundan əvvəl iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlar aparıb.
Xatırladaq ki, Rusiyanın XİN rəhbəri fevralın 24-də Türkiyədə səfərdə olub. O, həmkarı Hakan Fidan, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.