Avropa təhlükəsizliyi və Ukrayna məsələlərinin müzakirəsi üçün martın 6-da keçiriləcək xüsusi sammit ərəfəsində Avropa liderləri Londonda toplaşacaq.
Publika.az “Politico”ya istinadla xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk açıqlama verib.
O bildirib ki, bir qrup Avropa lideri martın 2-də Londona gedəcək və orada birgə müdafiə və təhlükəsizlik planlarını müzakirə edəcək.