EN

Banklar sahibkarlara yanvarda 14,7 mlrd. manat kredit verib

2025-ci ilin fevralın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 709,9 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Biznes kredit portfeli aylıq müqayisədə  77,3 milyon manat (0,5%) kiçilib, illik müqayisədə 1 milyard 797 milyon manat (13,9%) böyüyüb.

Qeyd edək ki, ümumi biznes kredit portfeli 2025-ci ilin yanvarın-nə  14 milyard 787,2 milyon manatın,  ötən ilin eyni dövrünə 12 milyard 912,9 milyon manat  təşkil edib.

Chosen
62
12
fed.az

10Sources