EN

Hikmət Hacıyev Akif Çağatay Kılıçla görüşdü

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud strateji müttəfiqlik münasibətlərinə diqqət çəkilib, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
130
18
olaylar.az

10Sources