EN

Bitcoin kəskin ucuzlaşdı

Yanvar ayının sonlarında 105 min dolları keçən Bitcoin qiyməti son günlərdə davamlı olaraq eniş trendindədir.

News24.az xəbər verir ki, Bitcoin-in qiyməti $88,561.65 səviyyəsinə düşüb. Bu isə əvvəlki aylarla müqayisədə əhəmiyyətli dərəcədə azalma deməkdir.

Bitcoin-in bazar kapitallaşması hazırda $1,756,108,996,404 təşkil edir. Son 24 saat ərzində ticarət həcmi $80,411,997,041 olub və dövriyyədə olan ümumi Bitcoin sayı 19.82 milyon BTC-dir.

Kriptovalyutanın qısa müddətdə göstərdiyi dəyişikliklər də eniş tendensiyasını təsdiqləyir. Belə ki, Bitcoin son 1 saatda 0.18%, 24 saatda 3.60%, 7 gün ərzində isə 7.05% dəyər itirib. İl ərzində isə bu göstərici 5.18% azalma ilə diqqət çəkir.

Analitiklər Bitcoin-in yaxın dövrdə hansı istiqamətdə hərəkət edəcəyini proqnozlaşdırmaqda çətinlik çəkirlər. Ancaq bu cür enişlər bazardakı qeyri-müəyyənlikləri artıraraq investorların ehtiyatlı davranmasına səbəb olur./Publika.az

Chosen
128
31
news24.az

10Sources