EN

Polis əməliyyatlar keçirdi: 42 nəfər saxlanılıb

Fevralın 25-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Milli.Azxəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Milli.Az

Chosen
74
49
milli.az

10Sources