2026-ci ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
“Bu il Ağdam şəhərinə və ətrafında üç kəndinə on minə yaxın əhali köçürülməsi nəzərdə tutulub. 2026-ci ilin sonuna qədər isə 20 min əhalinin köçürülməsi nəzərdə tutulub”, – Emin Hüseynov əlavə edib.