EN

Almanlar bayram edirlər: Rusiyaya qayıdışa hazırlıq başladı

Bir sıra alman şirkətləri sanksiyaların aradan qaldırılmasından sonra Rusiyaya qayıtmaq istəyir.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer deyib.

Siyasətçi böyük qayıdış arzusu ilə əsas namizədlər arasında alman avtomobil sənayesinin, eləcə də mühəndislik şirkətlərinin nümayəndələrinin adını çəkib. Onun sözlərinə görə, pərakəndə sektorun şirkətləri də maraq göstərir.

“Düşünürəm ki, bir çox mühəndislik şirkətləri geri qayıtmağa hazırdır. Alman mediası artıq bir çox şirkətlərin Rusiyada biznes fəaliyyətinə qayıtmaq istədiyini müzakirə edir”, - Nimeyer qeyd edib.

Chosen
51
publika.az

1Sources