EN

Makronla görüşündə Trampın əlində görünən qeyri-adi qançırın "sirri" nədir? - Ağ Ev açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Trampın əlinin üzərində böyük qançır görüntülənib.
Oxu.Az-ın "NBC News" nəşrinə istinadən xəbərinə görə, Ağ Ev rəsmiləri bu qeyri-adi ləkənin yaranma səbəbini izah ediblər.
Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, qançır prezidentin aktiv fəaliyyəti nəticəsində əmələ gəlib. Onun sözlərinə görə, Tramp hər gün çox sayda insanla əl sıxışaraq görüşür və bu da zədənin yaranmasına səbəb olub.
"Prezident Trampın əlində qançırlar var, çünki o, daim işləyir və hər gün əl sıxışır", - deyə o bildirib.
Qeyd edək ki, Ağ Evdə Fransa Prezidenti Emmanuel Makronla son görüşü zamanı Donald Trampın sağ əlində qançır görüntülənib.
Chosen
161
50
oxu.az

10Sources