EN

Azad edilmiş ərazilərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Xankəndi. Trend:

Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisindəolduğu kimi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarındaXocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yadolunub.

Trend xəbərverir ki, küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb,avtomobillərdən səs siqnalları verilib.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənisilahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayınınköməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinədivan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadınxüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girovgötürülərək işgəncələrə məruz qalıb. Onlardan 150-sinin taleyiindiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqlaqovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini,130 uşaq isə valideynlərindən birini itirib.

Chosen
64
13
az.trend.az

10Sources