EN

Kolbasa və ətə tələbat artıb

2025-ci ilin yanvar ayında kolbasa məhsullarının istehsalında artım müşahidə olunub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay 2 454,8 ton kolbasa məmulatları istehsal edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə kolbasa məmulatlarında 7% və ya 159,6 ton artım olub. Qeyd edək ki, 2024-cü ilin eyni dövründə istehsal olunan kolbasa məmulatları 2 295,2 ton idi.

Kənd təsərrüfatında isə rəsmi statistik məlumatlara əsasən kənd təsərrüfatında 2025-ci ilin yanvar ayında diri çəkidə 47,3 min ton ət istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% artım deməkdir. 

Sərvanə Rəmixanova

Chosen
156
47
valyuta.az

10Sources