EN

Kosmosda gərginlik: İlon Mask və astronavtlar arasında qalmaqal böyüyür!

İlon Mask sosial mediada qalmaqallı açıqlamalarına bir yenisini əlavə edib. Bu dəfə isə hədəfində Beynəlxalq Kosmik Stansiyada (ISS) çalışan astronavtlar var. Mask ilə astronavtlar arasında baş verən bu mübahisənin səbəbi nədir?

Münaqişə necə başladı?

Valyuta.az xəbər verir ki, mübahisənin əsasında, "Boeing" şirkətinə məxsus kosmik gəminin nasazlığı səbəbindən astronavtların ISS-də 8 aydır qalmaları dayanır. Mask "SpaceX"in "Crew Dragon" kapsulu ilə bu astronavtları xilas etməyə hazırlaşır. Lakin o, bu vəziyyətin sırf texniki problem olmadığını, siyasi motivlərdən qaynaqlandığını iddia edib.

Mask verdiyi açıqlamada demokratların problemi qəsdən böyütdüyünü və astronavtları ISS-də bilərəkdən saxladıqlarını bildirib. Buna cavab olaraq, Avropa Kosmik Agentliyinə bağlı bir astronavt, sosial media platforması X-də "nə böyük yalan" ifadəsi ilə Maskın dediklərini təkzib edib.

Maskdan sərt cavab

Mask isə bu açıqlamaya sərt reaksiya verərək bildirib ki, Co Bayden administrasiyasına astronavtları tez bir zamanda xilas etməyi təklif edib, lakin hökumət bu təklifi rədd edib. O, paylaşımında sözügedən astronavtı "axmaq" adlandırıb.

Astronavtlardan çağırış: "Əgər cəsarətin varsa, gəl ISS-də danışaq!"

Mübahisə bununla bitməyib. Demokratlar Partiyasını dəstəklədiyi bilinən bəzi NASA astronavtları Maskın açıqlamalarına cavab olaraq avropalı astronavtı müdafiə ediblər. Onlar Maskı ISS-ə çağıraraq, "Əgər raketə minməyə cəsarətin varsa, buraya gəl və bu məsələni üz-üzə danışaq" mesajını veriblər.

Mask ISS-nin ləğvini sürətləndirmək istəyir

İlon Mask bu çağırış qarşısında geri addım atmayıb. O, Beynəlxalq Kosmik Stansiyanın (ISS) 2030-cu ilə qədər sökülərək Yerə endirilməsi üçün vəzifələndirildiyini xatırladaraq, bu prosesi daha tez həyata keçirmək lazım olduğunu bildirib.

Mask ISS-in artıq lazımsız olduğunu və 2030-cu ili gözləmədən iki il ərzində orbitdən Yerə endirilməsinin vacib olduğunu iddia edib. Bu isə, ISS-də çalışan astronavtlara dolayısı ilə "işsiz qalacaqsınız" mesajı vermək anlamına gəlir.

Mübahisə davam edəcəkmi?

İlon Mask və astronavtlar arasındakı bu qalmaqalın növbəti addımı maraqla gözlənilir. Maskın sərt cavabları və ISS ilə bağlı açıqlamaları, kosmos sahəsindəki siyasi və texnoloji mübarizənin daha da qızışacağını göstərir.

Paşa Məmmədli

Chosen
160
50
valyuta.az

10Sources