Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kollektivi Bakı şəhərindəki “Ana harayı” abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, ziyarət zamanı abidənin önünə güllər düzülüb və faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.