Qarlı hava şəraitində ictimai nəqliyyatın fasiləsizliyi təmin edilib və əhalinin xidmətindədir.
Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd olunub ki, bütün marşrutlar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirir, sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xətlərə lazımi sayda avtobus buraxılıb:
“Sürücülər əlverişsiz hava şəraitində hərəkət sürətinə nəzarət etmələri, ara məsafəsi saxlamaları və baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlı risklərin daha çox olması barədə təlimatlandırılıb.
Ölkənin bütün şəhər və rayonlarında həm şəhərlərarası, həm də şəhərdaxili sərnişindaşıma adi rejimdə davam etdirilir”.