EN

Boksçularımız beynəlxalq turnirdə növbəti mərhələyə yüksəldilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq "Strandja" turniri davam edir.
Oxu.Az xəbər verir ki, yarışa Azərbaycan millisinin daha iki idmançısı qələbə ilə start verib.
75 kiloqramda çıxış edən Mirşərif Kazımzadə irlandiyalı Qavin Rafferti ilə döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:27) hesablı qələbəsi ilə başa çatıb. Kazımzadə 1/4 finalda Cavohir Ummataliyevlə (Özbəkistan) üz-üzə gələcək.
Sərxan Əliyev (71 kiloqram) 1/8 finalda Əsgərxan Madiyevlə (Gürcüstan) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Boksçumuz ikinci döyüşündə Farux Toxtassunovu (Qazaxıstan) sınağa çəkəcək.
Qeyd edək ki, turnirə martın 2-də yekun vurulacaq.
Chosen
56
50
oxu.az

10Sources