EN

Qarlı havaya görə 300-dən çox adam travma alıb

Qarlı havaya görə indiyədək 347 nəfər təcili tibbi yardıma müraciət edib.

Bu barədə Paralel.az ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 163-ü qadın, 184-ü kişi olmaqla, 347 nəfərin müraciəti qeydə alınıb. Onlardan 315 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

Müraciət edənlərdən 32 nəfərə yerində yardım olunub.


Foto: Famil Mahmudbəyli
Chosen
120
42
paralel.az

10Sources