Son illər ərzində Azərbaycanda siyasi plüralizm və demokratiyanın inkişafına dair müxtəlif islahatlar həyata keçirilmişdir. Hökumət və siyasi partiyalar arasında dialoq və əməkdaşlıq, siyasi mühitin sabitliyi və inkişafı baxımından əhəmiyyət kəsb edir. Bu, cəmiyyətdə daha geniş təmsilçilik və müxtəlif baxışların nəzərə alınmasını təmin edir. Dövlətin siyasi partiyalarla əməkdaşlığı, onların təklif və ideyalarının qiymətləndirilməsi, qanunvericilik təşəbbüslərinin dəstəklənməsi kimi sahələrdə özünü göstərir. Bununla yanaşı, Azərbaycanın siyasi partiyaları müxtəlif ideoloji yönümlərə malikdir və ölkədəki siyasi pluralizmi zənginləşdirir. Dövlət və siyasi partiyalar arasında əməkdaşlıq həm də sosial-iqtisadi inkişaf, hüquqi islahatlar və digər strateji məsələlərdə daha yaxşı koordinasiya və həmrəyliyi təmin etməyə yönəlmişdir. Azərbaycanın müasir mənzərəsi, xüsusən siyasi dialoq mühiti və ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması baxımından son dövrlərdə əhəmiyyətli dəyişikliklər yaşanmaqdadır. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan bu prosesin uğurla irəliləməsi ölkənin siyasi, iqtisadi və sosial inkişafında mühüm rol oynayır. Bu təşəbbüs siyasi sabitliyin və geniş xalq dəstəyinin təmin edilməsi məqsədini daşıyır. Siyasi dialoq mühitinin inkişafı, müxtəlif siyasi qüvvələr arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, həmçinin ölkədəki hüquqi və demokratik islahatların davam etdirilməsi bu prosesin əsas hissəsini təşkil edir.
Prezident İlham Əliyevin dialoq təşəbbüsləri Azərbaycanda demokratik ənənələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun rəhbərliyi ilə həyata keçirilən müxtəlif təşəbbüslər, xüsusən siyasi dialoq və cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrin inkişafı, ölkədə demokratik proseslərin güclənməsinə xidmət edir.
Dövlətimizin başçısı müxtəlif siyasi qüvvələr və cəmiyyətin fərqli təbəqələri ilə açıq və konstruktiv dialoq qurulmasının vacibliyini vurğulamışdır. Bu, yalnız siyasi partiyalar arasında deyil, həm də vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları və media ilə əlaqələrin daha da möhkəmləndirilməsi məqsədini daşıyır. Dialoq təşəbbüsləri, müxtəlif baxışların və maraqların anlaşılması, həmçinin bir araya gətirilməsi üçün mühüm bir platforma yaradır.
Demokratik ənənələrin dərinləşdirilməsi yalnız siyasi mühitin formalaşmasından ibarət deyil. Eyni zamanda, müstəqil və azad medianın, vətəndaş cəmiyyətinin, hüquqi islahatların və insan hüquqlarının qorunmasının gücləndirilməsi də önəmlidir. Azərbaycan Prezidentinin təşəbbüsləri bu sahələrdə də irəliləyişlərə gətirib çıxarır və ölkənin daha demokratik bir gələcəyə doğru inkişafını təmin etməyə yönəlir. Bu cür dialoq və əməkdaşlıq mühiti, həmçinin ölkə daxilində daha geniş sosial inteqrasiyanı təmin edir və xalqın dövlətə olan etimadını artırır. Azərbaycan daha demokratik, müasir və şəffaf bir cəmiyyətə doğru irəliləyir.
Dövlət orqanları ilə siyasi partiyalar arasındakı əlaqələrin inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq müzakirələr və toplantılar keçirilir, tərəflər arasında fikir mübadiləsi aparılır. Fevralın 25-də siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə Prezident Administrasiyası tərəfindən “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda keçirilən dəyirmi masa da bu istiqamətə görülən işlərin davamıdır. Dəyirmi masada Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən dövr ərzində mövcud istiqamətdə görülmüş işlər haqqında danışaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin bütün dünya azərbaycanlılarının qürur mənbəyi olduğunu xüsusi vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, qızıl hərflərlə yazılmış bu unudulmaz tarix dövlətimizə ərazi bütövlüyü və suverenlik bəxş etməklə Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub.
Yeni siyasi konfiqurasiya haqqında söhbət açan Ə.Vəliyev dövlət idarəetməsinin davamlı inkişafı naminə cəmiyyətdə mövcud potensialın səfərbər olunmasında siyasi partiyaların rolunu vurğulayaraq, sağlam əməkdaşlıq mühitinin sabitliyi və tərəqqini təmin edən əsas amillər olduğunu ifadə edib. Administrasiya rəsmisi 2022-ci ilin dekabrında qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunun əhəmiyyətindən danışarkən bildirib ki, yeni Qanun ölkənin partiya sisteminin keyfiyyətcə daha böyük inkişafına zəmin yaratmaqla, bütün siyasi partiyaların ilkin imkanlarını tarazlaşdırıb və partiyaların yeni siyasi konfiqurasiyanın formalaşması prosesində aparıcı instituta çevrilməsinə xidmət edib.
Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyət kəsb edir. Fevralın 25-də keçirilən dəyimi masa da məhz bu siyasətə xidmət edir. Ölkədə, eyni zamanda, partiyalar arasında siyasi rəqabət mühiiti yaradılır. Dövlət siyasi partiyalara öz platformalarını hayata keçirmək üçün geniş imkanlar yaradır. Bu, ölkədə demokratiyanın inkişafını təmin etmək, siyasi plüralizmi gücləndirmək və cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını təmsil etmək məqsədini daşıyır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirdiyi kimi, ötən 5 ildə siyasi partiyalarla birlikdə adi əməkdaşlıqdan etibarlı tərəfdaşlığa qədər böyük və çətin yol qət edilib: “Etibarlı tərəfdaşlıq hamımızın böyük nailiyyətidir. Bu yolda çətinliklər olub, təxribatlar da yaşanıb, ancaq biz dövlət və cəmiyyətin inkişafı, habelə yaşanan həmrəylik mühitini qorumaq naminə bütün sınaqlardan keçdik. Dövlətçilik naminə birgə əməkdaşlığımız bütün intriqalara qalib gəldi”.
Bu müddətdə Azərbaycanda siyasi partiyalarla dövlət orqanları arasında əməkdaşlıq sahəsində mühüm irəliləyişlər əldə edilib. Ötən dövr ərzində əvvəlki mərhələlərdən fərqli olaraq, adi əməkdaşlıqdan etibarlı tərəfdaşlığa qədər böyük və çətin bir yol qət edilib.
Siyasi partiyalarla dövlət arasında münasibətlərin inkişafı yalnız bir tərəfli deyil, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Bu, Azərbaycanın siyasi sisteminin daha şəffaf və pluralist olması istiqamətində atılan addımlardan biridir. Bu dövr ərzində həm dövlət, həm də siyasi partiyalar müxtəlif sahələrdə qarşılıqlı anlaşma və dialoqun əhəmiyyətini qəbul ediblər.