Madrid "Real"ında əsas heyətə düşməyə çətinlik çəkən Arda Güler İspaniya mətbuatı tərəfindən sərt tənqid olunub.

Offsideplus.az xəbər verir ki, türk yarımmüdafiəçi dünən İspaniya Kubokunun yarımfinalında səfərdə "Real Sosyedad"a qarşı görüşdə ümidləri doğrultmayıb.

Matçdan sonra ispaniyalı jurnalistlər 20 yaşlı futbolçunu tənqid atəşinə tutublar: "Bu gecə Madrid klubunun hücum xəttində ən zəif bənd Arda idi. Dəqiqələr qızıla bərabərdir. Özünü göstərmək lazımdır. O, müdafiəyə kömək etsə də, irəlidə oyuna müdaxilə edə bilmir. Sanki Arda sehrini itirib. Karlettonu (baş məşqçi Krlo Ançelotti - red.) razı salmaq üçün yaxşı fürsət düşmüşdü. Ancaq "Real Sosyedad"la görüşdə istedadını, səviyyəsini nümayiş etdirə bilmədi. Buna baxmayaraq, məşqçilər korpusu hələ də ona güvənir və gələcəkdə Madrid təmsilçisinə daha faydalı olacağına ümid bəsləyir".

Onu da əlavə edək ki, oyundan 1 gün öncə, fevralın 25-də Ardanın 20 yaşı tam olub. Qeyri-rəsmi məlumata görə, Ançelotti türk futbolçuya ad günü hədiyyəsi edərək, ona "Real Sosyedad"la matçda start heyətdə yer verib.