EN

AzMİU Türkiyə Ege Universiteti ilə birgə “Nüvə elmlərində radiasiya və təhlükəsizlik” ixtisası üzrə birgə mütəxəssis hazırlığına başlayır (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) iləTürkiyənin Ege Universiteti arasında “Nüvə Elmlərində Radiasiya vəTəhlükəsizlik” ixtisasında magistratura səviyyəsi üzrə beynəlxalqbirgə magistr təhsili və tədrisi proqramının əhatə dairəsi, icrasıvə diplomların verilməsi prosedurlarını və prinsiplərini müəyyənedən protokol imzalanıb.

Trend xəbərverir ki, bu barədə AzMİU məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Yüksəköyrətim Kurulu ilə AzərbaycanınElm və Təhsil Nazirliyi tərəfindən müsbət rəy verilən protokoluAzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və EgeUniversitetinin rektoru professor Necdet Budak imzalayıblar.

Sənəddə Ege Universiteti ilə AzMİU arasında "Nüvə elmlərindəradiasiya və təhlükəsizlik" beynəlxalq birgə magistr proqramınatələbə qəbulu, tədris planı, imtahan, davamiyyət, icazə, akademikməzuniyyət müddəti, məzuniyyət şərtləri, akademikmüvəffəqiyyətsizlik, veriləcək diplomlar, təhsil haqları vəproqrama dair digər məsələlərlə əlaqədar müddəalar qeyd olunub.

Protokolun imzalanması ilə bağlı AzMİU və Ege Universitetininrektorları arasında onlayn görüş keçirilib. Görüşdə hər ikiuniversitetin nümayəndə heyəti də iştirak edib.

Görüş zamanı tərəflər arasında bir sıra strateji məsələlər dəmüzakirə olunub. Bu müzakirələr çərçivəsində hər iki universitetintəhsil və elmi tədqiqat sahələrində inkişaf perspektivləri, təhsilproqramlarının təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsiyolları nəzərdən keçirilib. Müştərək elmi tədqiqat layihələrinintəşkili və innovativ yanaşmaların paylaşılması məsələləri də xüsusidiqqət mərkəzində olub.

Rektor professor Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU-nun həmQərb təhsil sisteminə inteqrasiyası, həm də iki qardaş ölkəarasındakı təhsil əlaqələri çərçivəsində Türkiyə universitetləriilə yüksək əməkdaşlıq əlaqələri mövcuddur. Ege Universiteti iləimzalanan ikili diplom müqaviləsinin Türkiyə universitetləri iləAzMİU arasında sayca 3-cü ikili diplom müqaviləsi olduğunuvurğulayan rektor AzMİU-da təhsilin beynəlmilliləşdirilməsinin əsasprioritetlərdən olduğunu bildirib.

Rektor professor Necdet Budak bu müqavilənin Ege Universitetiüçün böyük əhəmiyyətə malik olduğunu söyləyib. Rektor bildirib ki,müqavilə Ege Universitetinə birgə kadr hazırlığı ilə yanaşı, nüvəelmlərində radiasiya və təhlükəsizlik üzrə AzMİU-nun qabaqcıl elmitəcrübəsini öyrənməyə imkan verəcək.

AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyikafedrasının müdiri akademik İslam Mustafayev bu proqramın iki ölkəilə yanaşı, ümumilikdə region üçün əhəmiyyətinə toxunub. Akademikqeyd edib ki, Türkiyə və İranda nüvə elektrik stansiyalarınıninşası, Ermənistanda riskli şəkildə fəaliyyət göstərən MetsamorAtom Elektrik Stansiyası region üçün radiasiya təhlükəsizliyiniprioritet, həmçinin strateji istiqamətə çevirib.
Türkiyənin Ege Universitetinin nəzdində Nüvə Elmləri İnstitutunundirektoru professor Sabriya Yushan da regionda son illər nüvəenerjisindən istifadə ilə bağlı canlanmaya diqqət çəkib və proqramçərçivəsində kadr hazırlığının xüsusi əhəmiyyətə malik olduğunuvurğulayıb.

Qeyd edək ki, bu proqram AzMİU-nun dünyanın aparıcıuniversitetləri ilə sayca 9-cu ikili diplom müqaviləsidir.

AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
Məqalədə:
Chosen
115
2
az.trend.az

3Sources