EN

Britaniya Ukraynaya qoşun yeritməyə hazır olduğunu açıqlayıb

Böyük Britaniya hökuməti atəşkəs əldə edildikdən sonra Ukraynada sülhü təmin etmək üçün quru və hava qüvvələrini göndərməyə hazırdır...

Poliqon TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Key Starmer danışıb.

O, bu barədə Vaşinqtonda ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında bildirib.

“Böyük Britaniya sülh razılaşmasını dəstəkləmək üçün quru qoşunları və təyyarələr göndərməyə hazırdır. Biz müttəfiqlərimizlə birlikdə işləyirik”,  Britaniyanın baş naziri bildirib.

Bundan əvvəl Dövlət Dumasının deputatı Aleksey Juravlev bildirmişdi ki, Aİ ölkələri Ukrayna ərazisinə sülhməramlıların yeridilməsi barədə danışarkən pastadan bir parça tutmaq istəyirlər.

Poliqon.info

Chosen
138
6
poliqon.info

8Sources