EN

Bloomberg: USAID-in qərargahı Federal Ticarət Komissiyası tərəfindən istifadə ediləcək

Federal Ticarət Komissiyasının əməkdaşlarının yaxın aylarda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əvvəllər fəaliyyət göstərdiyi binaya köçəcəyi gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Bu, İlon Maskın nəzarətində olan ABŞ Hökumətin Səmərəliliyi Departamentinin göstərişi əsasında baş tutacaq.

Qeyd olunub ki, Federal Ticarət Komissiyasının qərargahının yerləşdiyi hazırkı binanın icarəsini yeniləməməklə ABŞ hökuməti 11 milyon dollardan çox qənaət edəcək.

Chosen
64
ikisahil.az

1Sources