
75 yaşlı amerikalı müğənni Billi Joel ABŞ-nın Konnektikut ştatının Stamford şəhərindəki “Mohegan Sun” istirahət mərkəzində verdiyi solo konsertdə “It's Still Rock and Roll to Me” mahnısını ifa edərkən müvazinətini itirib və arxası üstə səhnəyə yıxılıb.
Reyting.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Tamaşaçıların dediyinə görə, hadisə Joel mikrofon-stenddən qamış kimi istifadə edəndən sonra baş verib.
V. QULİYEV