EN

BBC Qəzza sənədli filminə görə üzr istəyib

BAKI, TurkicWorld

BBC, “Qəzza: Müharibə Zonasında Necə Sağ Qalmaq Olar” sənədli filminin yayımına görə üzr istəyib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, televiziyada yayımlandıqdan sonra BBC iPlayer-dən çıxarılan sənədli filmin araşdırılması başa çatıb və qurum onun ciddi çatışmazlıqlara malik olduğunu etiraf edib.

BBC-nin sözçüsü sənədli filmin qurumun etibarına zərər vurduğunu, redaksiya məsuliyyətinin BBC-yə aid olduğunu və bütün məsuliyyəti öz üzərinə götürdüklərini bildirib. Araşdırmada filmin əsas iştirakçısı olan 14 yaşlı Abdullah əl-Yazurinin, HƏMAS hökumətində yüksək vəzifədə çalışan bir şəxsin oğlu olduğu müəyyən edilib. Bundan əlavə, uşağa danışıq üçün pul ödənildiyi açıqlanıb.

BBC, prodüser şirkəti "Hoyo Films"dən HƏMAS üzvlərinə birbaşa və ya dolayı ödəniş edilmədiyinə dair təminat alsa da, əlavə şəffaflıq üçün hesab çıxarışları tələb edib.

Sənədli filmin yayımının dayandırılması tənqidlərə səbəb olub. Məşhur media və televiziya simaları, o cümlədən aktyorlar və jurnalistlər BBC-nin qərarına etiraz edərək, bunun siyasi motivli olduğunu və yayım azadlığı üçün təhlükə yaratdığını bildiriblər. Məktubda vurğulanıb ki, sənədli filmin qadağan edilməsi insan təcrübələrini paylaşmaq hüququnu məhdudlaşdırır və ədalətsiz yanaşmadır.

BBC rəhbərliyi sənədli filmin yenidən yayımlanmayacağını açıqlayıb.

Chosen
59
turkic.world

1Sources