EN

Məşhur Hollivud aktyoru və həyat yoldaşı evində ölü tapılıb

Hollivud ulduzu 95 yaşlı Cin Hekmenlə 63 yaşlı həyat yoldaşı Betsi Arakava Santa-Fedəki evlərində ölü tapılıb. Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Polis cütlüyün tam olaraq nə vaxt və hansı səbəbdən öldüyü barədə məlumat verməyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məlumat üçün bildirək ki, Hekmen 40 ildən uzun bir müddət ərzində xeyli sayda filmlərdə rol alıb. O, “Fransız əlaqəsi” və “Bağışlanmayan” filmlərindəki rollarına görə "Oskar" qazanıb. Sənətçi iki dəfə BAFTA, üç dəfə "Qızıl Qlobus" mükafatına layiq görülüb.

Aktyor karyerasını 2004-cü ildə başa vurub.

Zərintac MayisqızıMissiya.Az

Chosen
107
missiya.az

1Sources