EN

ABŞ Dövlət Departamentində kəskin ixtisarlar gözlənilir

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentində “tarixi restrukturizasiya” planlaşdırır və qurumu radikal ixtisarlar gözləyir...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti məlumat yayıb. Qəzetin mənbələrinə görə, Ağ Evin rəhbərinin ideyasını Dövlət Departamentinin rəhbəri Marko Rubio dəstəkləyir.

İslahatın əsas məqsədi “şişmiş bürokratiya” ilə mübarizə olacaq. Qeyd edilir ki, Dövlət Departamenti bəzi səlahiyyətlərdən məhrum ediləcək və daha az işçi ilə fəaliyyət göstərəcək. Nəşr bildirir ki, restrukturizasiyaya məruz qalacaq departamentlər ABŞ-nin xaricdə “yumşaq gücü” kimi “demokratiya, insan haqları və elmin təşviqi” ilə məşğul olan şöbələrdir.

Birləşmiş Ştatlar böyük ehtimalla Fransanın Renn, Lion, Strasburq və Bordo, Almaniyanın Düsseldorf, Leypsiq və Hamburq şəhərlərindəki konsulluqlarını, həmçinin İtaliyanın Florensiyadakı, Portuqaliyanın Ponta Delqadadakı konsulluğunu və Braziliyanın Belu Horizontidəki konsulluğunu ixtisar edəcək. Politico qeyd edir ki, bu cür tədbirlər Çinə son illərdə dünyada diplomatik institutların sayına görə artıq Amerikanı geridə qoyan ABŞ ilə diplomatik mübarizəsində üstünlük verə bilər.

Poliqon.info

Chosen
45
poliqon.info

1Sources