EN

Aİ Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanətini elan edib

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas NATO-nun Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanəti olduğunu deyib.

Editor.az N-TV-yə istinadla xəbər verir ki, o, bu barədə Vaşinqtondakı çıxışında deyib.

“Niyə biz  NATO-dayıq? Çünki işləyən yeganə təhlükəsizlik zəmanəti NATO-nun müdafiə çətiridir”,- Kallas deyib.

Ukrayna prezidenti Volodimir Zelenski bundan əvvəl mətbuat konfransında ölkəsinin NATO-ya üzv ola bilməyəcəyi təqdirdə öz hərbi ittifaqını quracağını bildirib. Prezident bildirib ki, belə bir layihəni həyata keçirmək üçün Ukrayna “təminatlı sülh demək olacaq maliyyə, qoşun və müdafiə istehsalı” təmin etməlidir. Bununla belə, o, Ukraynanın təkbaşına bunu edə bilməyəcəyini də qeyd edib. Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən danışan Zelenski bildirib ki, ölkənin 800 minlik ordusu olmalıdır və müttəfiqlər onu maliyyələşdirməyə kömək edəcəklər.

//Gülnarə Abasova, Editor.az

Chosen
51
editor.az

1Sources