EN

Hummels gələcək planları haqda danışdı

"Roma"nın mərkəz müdafiəçisi Mats Hummels gələcək planları haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, "Football Italia" 36 yaşlı futbolçunun dediklərini belə çatdırıb. 

 “Yaxın həftələrdə qərar verməyə ehtiyac yoxdur. Son illər bədənimi dinləyirəm və ailəmdən və oğlumdan da çox şey asılıdır. Buna görə də yaya qədər qərar verməyə tələsməyəcəyəm”,

Alman futbolçu sentyabrda paytaxt klubuna keçərək mövsümün sonuna qədər müqavilə imzalayıb. Mats Hummels "Roma"nın heyətində bütün yarışlarda 15 oyuna çıxıb və 1 qol vurub.

Chosen
34
90deqiqe.az

1Sources