EN

SOCAR Somalidə axtarış-kəşfiyyat və treydinq istiqamətlərini araşdırır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Somali ilə enerji sektorunun müxtəlif istiqamətlərində mümkün əməkdaşlıq imkanlarını araşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və Somali Federativ Respublikasının neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed arasında baş tutan görüşdə aparılıb.
Fikir mübadiləsində cari il fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlıq üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.
Söhbət zamanı Somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin Bakı Ali Neft Məktəbində (BANM) təhsil almaları, bu ölkədən olan mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən axtarış-kəşfiyyat və treydinq sahələrində mümkün əməkdaşlığın araşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Chosen
47
oxu.az

1Sources