Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
Publika.az xəbər verir ki, son gündə daha iki cavab qarşılaşması baş tutacaq.
Günün ilk matçında “Zirə” “Araz-Naxçıvan” qəbul edəcək. Səfərdə minimal hesabla uduzan Rəşad Sadıqovun komandası doğma meydanda geridönüş etməyə çalışacaq. Bu cütün qalibi növbəti mərhələdə “Qarabağ”la qarşılaşacaq.
Digər görüşdə isə “Neftçi” və “Kəpəz” münasibətlərinə aydınlıq gətirəcək. Səfərdə iki cavabsız qolla qalib gələn “ağ-qaralar” üstünlüyünü qorumağa çalışacaq. Bu cütün qalibi isə finala gedən yolda “Sabah”a rəqib olacaq.
Xatırladaq ki, ötən gün “Qarabağ” “Səbail”lə, “Sabah” isə “Sumqayıt”la duellərdən qalib ayrılaraq yarımfinala yüksəliblər.
Azərbaycan kuboku: 1/4 final, cavab oyunları
28 fevral