EN

Konqoda üsyanlar davam edir


M23 qiyamçı qruplaşmasının Bukavu şəhərində təşkil etdiyi mitinq zamanı törədilən hadisədə 11 nəfər ölüb, 65 nəfər yaralanıb. 

News24.az xəbər verir ki, Konqo prezidenti hücumu son dərəcə ağır kimi qiymətləndirib.

Qeyd edək ki, 2 həftə əvvəl ordu ilə qarşıdurmalardan sonra Konqo Demokratik Respublikasının Bukavu şəhərinə nəzarəti ələ keçirən Ruandanın dəstəklədiyi M23 üsyançı qruplaşmasının ölkə rəhbərliyinə qarşı cəhdləri davam edir.

Ağa Dadaşzadə


Chosen
49
news24.az

1Sources