Döyüşçümüz Rafael Fiziyev Castin Qeyci ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, ilk döyüşündə uduzmasına və səkkizbucaqda uzun müddət olmamasına baxmayaraq təmsilçimiz bu qarşılaşmada favorit olaraq göstərilir.
Dünən UFC rəhbəri Dana Uayt rəsmən bəyan edib ki, azərbaycanlı döyüşçü qolunu sındıran Den Hukeri əvəzləyəcək və martın 9-da Las-Veqasda keçiriləcək UFC 313 turnirində amerikalı ilə görüşəcək və burada onların döyüşü tədbirin əsas kartında olacaq.