EN

"Reyncers”dən "Fənərbağça" oyunu ilə bağlı azarkeşlərə xəbərdarlıq: "Ölkənin adət və ənənələrinə hörmətlə yanaşın"

Şotlandiyanın “Reyncers” komandası UEFA Avropa Liqası çərşivəsində “Fənərbağça” ilə oynayacaqları ilk oyunla bağlı azarkeşlərə xəbərdarlıq edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub ilk matçını izləmək üçün İstanbula səfər edəcək azarkeşlərinə tövsiyələr verib.

Oyunun müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayına təsadüf etdiyi xatırladan klub azarkeşlərini tədbirli olmağa çağırıb: “Bu vəziyyət bizim azarkeşlərimizin yaşamına təsir etmir, lakin, lütfən, Türkiyənin adət və ənənələrinə hörmətlə yanaşın. Gündüz saatlarında ictimai yerlərdə yemək, içmək, siqaret çəkmək və saqqız çeynəməkdən çəkinin. Barlar və restoranlar açıq olacaq. Ancaq İctimai yerlərdə yüksək səsli musiqi dinləməkdən, rəqs etməkdən və söyüş söyməkdən çəkinin”.

Fərid ASLAN
MİA.AZ

Chosen
44
mia.az

1Sources