EN

Makron daha ABŞ vassalı olmaq istəmir - "BFMTV"

Bu fikirlər BFMTV-də dərc olunanməqalədəndir.

Makron Vaşinqtondan əliboş qayıdıb
Müəllif qeyd edib ki, Makron Portuqaliyaya iki günlük səfəri zamanı avropalıları “yeni riskləri, ambisiyaları kəşf etməyə” çağırıb. Siyasətçinin fikrincə qitə indi həmişəkindən daha vahid və güclü olmalıdır: "Mən Avropamızda “Amerikalılara qarşı yaxşı davranmalıyıq, bu da keçib gedəcək, biz qəddimizi əyməliyik” deyən xeyli sayda insan görürəm".

Onun sözlərinə görə, Avropalılar hazırda yalnız bir şeyə əmin ola bilərlər ki, bu da onların birləşməsi və həmişəkindən daha güclü olmasıdır.

Bundan əvvəl Almaniyanın RND nəşri də Makronla bağlı diqqət çəkənməqalə dərc etmişdi. Nəşr yazmışdı ki, Emmanuel Makron Avropa İttifaqında liderlik rolunu öz üzərinə götürüb. Lakin onun diplomatik səylərinin nəticə verməməsi ilə bağlı problemlər yaşayır.

“The Guardian” nəşri isə Makronun bir neçə gün öncə reallaşdırdığı ABŞ səfərinin uğursuzluğu barədə məqalə yazmışdı.

Qeyd edilib ki, Fransa prezidenti Emmanuel Makron ABŞ-dən dəstək zəmanəti almadan və Donald Trampın Ukrayna müharibəsi ilə bağlı mövqeyinə yenidən baxmasına nail olmadan Vaşinqtonu tərk edib.


Tural Tağıyev
AzVision.az

Chosen
47
azvision.az

1Sources