EN

Ötən gün 4 nəfər xilas edilib - FHN

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib.

Hafta.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında qeyd olunub.

Məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib, yanğın zamanı 3 nəfər təxliyə edilib.

Chosen
26
49
hafta.az

10Sources