EN

Kişilərdə və qadınlarda ən çox rast gəlinən xərçəng növləri

Kişilərdə və qadınlarda ən çox rast gəlinən xərçəng növləri

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, "bədxassəli şiş" və ya "ur" olaraq da adlandırılan xərçəng dünyada ən çox görülən 2-ci ölüm səbəbi olaraq önə çıxır.

 

Qlobal.net bildirir ki, xərçəng xəstəliyinin 200-dən çox növü var. Ağciyər, döş, dəri, prostat vəzi, mədə, yoğun bağırsaq, uşaqlıq boynu və limfa düyünlərinin şişləri ən çox görülən xərçəng növlərindəndir.

 

Genetik meyllə yanaşı, siqaret və spirt istifadəsi, sıx günəş işığına məruz qalma, radiasiya və kanserogen adlanan bəzi kimyəvi maddələr, bəzi viruslar, pis qidalanma vərdişləri və hava çirkliliyi kimi xarici amillərin də xərçəngə səbəb olduğu bilinir.

 

ÜST-ə bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) dərc etdiyi son hesabata görə təxminən 19,97 milyon yeni xərçəng hadisəsi qeydə alınıb ki, bunun da 10,31 milyonu kişilərdə, 9,66 milyonu isə qadınlarda qeydə alınıb.

 

Qadınlarda xəstəliyin ən çox rast gəlinən və ölümcül növü süd vəzi xərçəngidir; sonra kolorektal, ağciyər, servikal və tiroid. Kişilərdə ən çox görülən ağciyər, prostat, kolorektal, mədə və qaraciyər xərçəngləri aşkar edilib.

 

Xərçəngə yoluxma hallarının 49,2 faizi Asiyada, 22,4 faizi Avropada, 13,4 faizi Şimali Amerikada, 7,8 faizi Latın Amerikasında, 5,9 faizi Afrikada, 1,3 faizi Okeanlarda aşkar edilib.

 

2,5 milyon yeni hadisə ilə ağciyər xərçəngi ümumi yeni halların 12,4 faizini, döş xərçəngi 2,28 milyon yeni hadisə ilə yüzdə 11,5, kolorektal xərçəng isə 1,92 milyon yeni hadisə ilə 9,6 faizini təşkil edib. Ən çox ölümə səbəb olan xərçəng ağciyər xərçəngi olaraq qeydə alınıb.

 

Bütün xərçəng növləri və xəstələri üçün hələ də effektiv müalicə üsulları tapılmasa da, bu gün xərçəngin orta sağalma nisbəti 50 faizi ötüb.

 

Xərçənglə mübarizədə immunoterapiya immun sistemini, hormon terapiyası isə hormonlarla qidalanan xərçəng növlərində hormonların təsirini dayandırır. Həmdə, dərman müalicəsi xərçəng hüceyrələrinin anomaliyalarını hədəf alır, toxumaların “dondurulması” və ya radiasiya ilə məhv edilməsi də tətbiq edilir.

 

Səbinə

Qlobal.net

Chosen
66
qlobal.net

1Sources