EN

Bugünkü hava ilə bağlı XƏBƏRDARLIQ

Fevralın 27-də Yer kürəsində maqnit qasırğası baş verib.
Bolgə.TV xəbər verir ki bunu, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiya laboratoriyasının rəhbəri Sergey Boqaçov bildirib.
"Qasırğa kifayət qədər böyükdür və onun planetin yanından keçməsi üçün yaxşı şans var idi. Ancaq yenə də o, Yeri kənarı ilə tutub", - deyə mütəxəssis qeyd edib.
Boqaçev qeyd edib ki, artıq vəziyyət stabilləşib. Bugünkü qasırğa qısamüddətli olub.
Astrofiziklər radiasiya gücündən asılı olaraq günəş alovlarını beş sinifə bölürlər: A, B, C, M və X. Minimum A0.0 sinfi planetin orbitində hər kvadratmetrə 10 nanovat olan radiasiya gücünə uyğundur, növbəti sinfə keçərkən radiasiya gücü on dəfə artır. Alışmalar adətən günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları Yerə çataraq maqnit fırtınalarına səbəb ola bilər.

Chosen
42
bolge.tv

1Sources