EN

Aytəkin canlı yayımda meyxanaçını “BAĞLADI”: “Bəyənmirdinizsə, özünüz niyə ifa edirsiniz?”

“Pərviz Bülbülə meyxananın zayını çıxaranların biri oldu. Meyxanaya musiqini qoşan kimi, hamı başladı ki, Pərviz niyə bunu gətirdi?”

Yenicag.az xəbər verir ki, bu sözləri meyxana ifaçısı İntiqam Rüstəmov “Qonaqcanlı” verilişində deyib.

Onun bu sözləri efirdə birmənalı qarşılanmayıb. Verilişin aparıcısı Aytəkin Mərdanovanın hazırcavablığı qarşı tərəfi çətin vəziyyətdə qoyub:

“Bayaq siz ifa etdiyiniz də musiqili meyxana idi. Əgər zayı çıxmışdısa, bəyənmirdinizsə, özünüz niyə ifa edirsiniz?”

“Musiqili meyxana nədir e, Pərviz avazla deyən şairdir, gözəl avazı var. Meyxana deyənlərdən mahnı oxuyan iki nəfərə qulaq asıram: biri Namiq Qaraçuxurludur, biri də Vasif Əzimov. Hərdən ürəyim istəyəndə onlara qulaq asıram” deyən meyxanaçı söhbətin məcrasını dəyişməyə çalışsa da, Aytəkin sona qədər hazırcavablıq nümayiş etdirib:

“Yəqin özləri də şirin gəlir, dostluğunuz var ona görə…”

Cəvahir

Chosen
57
yenicag.az

1Sources